İş adamı evində güllələndi

Tərtərdə dəhşətli qətl

Tərtər rayonunda dəhşətli qətl hadisəsi baş verib. "OLAYLAR"ın məlumatına görə, rayon sakini, iş adamı Sənan Ərşad oğlu Mirzəyev qətlə yetirilib. Hadisə rayonun Vasif Hüseynov küçəsində iş adamıının yaşadığı 2 saylı evdə baş verib.
Məlumata görə, S.Mirzəyev evinin yaxınlığındakı avtoyuma məntəqəsinin sahibi olub. Onun cəsədini də avtoyuma məntəqəsinin işçisi aşkar edib. İşçi məntəqə sahibinin evinə gəlib və obyektin açarlarını almaq istəyib. Həmin vaxt o mərhumun cəsədini görüb. Hadisə şahidi bu barədə rayon polis şöbəsinə məlumat verib. Meyitə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları S.Mirzəyevin döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişdiyini bildiriblər. Mərhumun üz nahiyəsində də xəsarətlər olub.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31