Hava təmizləyicinin içərisində telefon aşkar edilidi
20 Fevral 2014 12:22 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs İbrahim Nadir oğlu Muxtarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Diamin Elşən oğlu Xəlilovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı hava təmizləmək üçün nəzərdə tutulan "AİRWİCK" dəmir qutusunun içərisində kustar üsulla gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31