Müəllimlər İnstitutunun sabiq filial direktorunun evi yandı

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktorunun evi yanıb . Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə bu gün səhər saatlarında Qazax rayonun Daş Salahlı kəndində qeydə alınıb. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veyisova məxsus ikimərtəbəli ev yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Yanğının baş vermə səbəblərini müəyyən etməkdən ötrü evdə quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış görüntülər polisə təqdim edilib. Yanğının qəsdən törədildiyi də istisna edilmir.
Hazırda faktla bağlı araşdırma aparılır. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31