“Gilan-Plastik” MMC talan edildi
20 Fevral 2014 11:31 KriminalBakıda məşhur şirkət talan edilib. Milli.Az xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən "Gilan-Plastik" MMC-nin ofisindən içərisi pulla dolu olan seyf oğurlanıb.Naməlum şəxslər şirkətin Xocahəsən qəsəbəsindəki ofisinin arxa pəncərəsini qopararaq içərisi girib və içərisində 130 min 691 manat və 2270 dollar pul olan seyfi aparıblar.Binəqədi Rayon Polis İdarəsindən bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31