305 nəfər barədə cinayət işi başlandı
20 Fevral 2014 11:27 Kriminal2013-cü ildə icra işlərinin sayı ötən illə müqayisədə 24% artaraq 205 mini ötüb. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsaitin ödətdirilib. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.400 nəfər inzibati məsuliyyətə cəlb olunub, 305 nəfər barəsində cinayət işi başlanıb, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31