Hərbi maşının niyə aşması ilə bağlı təzə xəbər...
hələlik yoxdur
25 İyul 2012 08:44 KriminalDünən saat 15:30 radələrində Quba-Xınalıq yolunun 38 km-də Qiriz Dəhnə kəndi ərazisində hərbi hissəyə məxsus maşın aşıb. Qəza nəticəsində 7 əsgərin xəsarət aldığı bildirilir.Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə 3 əsgərin gətirildiyi təsdiqlənib. Belə ki, onların xəsarətlərinin yüngül olduğu bildirilir.Hərbçilərin təlimdən qayıtdığı zaman qəzaya uğradığı qeyd olunur. Araşdırmalar davam edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31