Abşeronda döyüş sursatı tapılıb
19 Fevral 2014 16:49 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qaraboğaz düzənliyidə vətəndaşa məxsus olan ərazidə döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən onların təlim üçün olduğu müəyyən edilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib. Minalar mexaniki üsulla zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31