Azərbaycan vətəndaşı İranda məscidin minarəsindən özünü atmaq istəyib

Azərbaycan vətəndaşı İran ərazisində intihara cəhd göstərib. İranın "Səhər" telekanalın; verdiyi məlumata görə, təxminən 30 yaşlarında olan Rical Rəfi oğlu Kamalov İranın Astara şəhərinin Came məscidinin minarəsinə çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə dərhal İran nizam-intizam qüvvələri (polis) və yanğınsöndürənlər gəlib. Onların səyləri nəticəsində Azərbaycan vətəndaşının intihar cəhdinin qarşısı alınıb. İntihar cəhdinin səbəbləri açıqlanmır.

Qeyd edək ki, R.Kamalov fevralın 17-də İrana səfər edib. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31