Bakının tanınan ticarət mərkəzindən 20 min manat dəyərində qol saatlarını oğurlayan şəxs tutulub
19 Fevral 2014 12:49 KriminalBakının tanınan ticarət mərkəzindən 20 min manat dəyərində qol saatlarını oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, fevralın 6-dan 17-dək olan müddət ərzində, Bakı şəhər sakini Mirzəxan Əliyeva məxsus "Sədərək" ticarət mərkəzində yerləşən mağazadan 20 min manat dəyərində qol saatları oğurlanıb.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Mustafayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31