Bakıda evdən 90 000 manatlıq oğurluq olub
Vaqif Süleymanova məxsus mənzildən 55 min manat pul və 30 min manat dəyərində qızıl zinət əşyası oğurlanıb
19 Fevral 2014 10:54 KriminalBu gecə Bakının Sabunçu rayonu, Ramana Südçülük savxozunda yeni tikilidə oğurluq hadisəsi baş verib. Belə ki Vaqif Süleymanova məxsus mənzildən 55 min manat pul və 30 min manat dəyərində qızıl zinət əşyası oğurlanıb.Ev sahibinin sözlərinə görə, onlar evdən axşam saat 19:00-dan çıxıb 23:45 də geri dönüb və bu mənzərə ilə rastlaşıb. Mənzilin 4 otağındakı əşyalar oğrular tərəfindən alt-üst edilib. Demək olar ki, evin hər yeri oğrular tərəfindən axtarılıb.Hadisəni görən ev sahibi dərhal rayon polis idarəsinə müraciət edib. Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparan hüquq mühafizə orqanlarının əməkdaşları dəlil sübutları götürərək dərhal şübhəli şəxs və ya şəxslərin axtarışına çıxıb.Faktla bağlı araşdırma aparılır.