Moskvada ticarət mərkəzindən yüzlərlə insan evakuasiya edilib

Buna "Afimoll" ticarət mərkəzində baş verən yanğın səbəb olub

Rusiyanın paytaxtı Moskvada iri ticarət mərkəzində yanğın baş verib. "Moskva-Siti" ticarət rayonunda yerləşən "Afimoll" ticarət mərkəzində yanğınla əlaqədar binadan 2000-ə yaxın adam evakuasiya edilib. Bu barədə Rusiyanın "NTV" telekanalı məlumat verir.
İnsident nəticəsində 23 yaşlı hamilə qadının tüstüdən zəhərlənərək, həkimə müraciət etdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ticarət mərkəzinin birinci mərtəbəsində geyim dükanlarından birində baş verən yanğının sahəsi 40 kvadrat metr təşkil edib və artıq yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31