Bakıda sərnişin avtobusu aşdı, 6 yaralı

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 17-də saat 19 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Zaur Mahmudovun idarə etdiyi "Hyundai" markalı və Əminə Abdullayevanın idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Ə.Abdullayevaya və sərnişini, anası Ulduza, habelə Z.Mahmudovun sərnişinləri, həmyerliləri Fərid Ağalarova, Zakir Feyzullayevə, Sıldız Hüseynova və Bəxtiyar Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31