Beyləqanda partlayış, 5 nəfər yaralandı

Azərbaycanda daha bir partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 17-də saat 17 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakini Yusif Cəfərova məxsus çörək sexində yüksək təzyiqdən partlayış baş verib. Nəticədə sexə ziyan dəyib, orada işləyənlər, şəhər sakinləri Vəzifə Süleymanova, Məfkurə Fərəcova, Zenfira Abbasova, Xalidə Həsənova və Nəzakət Quliyeva xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31