Saatlıda dəhşətli qəza, sürücü diri-diri yandı
18 Fevral 2014 12:47 KriminalSaatlı rayonunda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayonun Məmmədabad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Qəza nəticəsində avtomobilin yanar hissələri yanıb. Yanğının söndürülməsi zamanı deformasiya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Elşən Telman oğlu Əhmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. E.Əhmədovun meyiti aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.