FHN xilasediciləri Şəmkirdə 5 nəfəri ölümdən qurtardı
26 Aprel 2012 13:51 KriminalFövqəladə Hallar Nazirliyinin əməkdaşları Şəmkirdə 5 nəfəri ölümdən qurtarıb. Bu barədə nazirliyin saytında məlumat yayılıb. "OLAYLAR"ın sayta istinadən yaydığı məlumata görə, hadisə rayonun Yasamal aşırımında (rayon mərkəzindən 5 km aralı) baş verib. Aşırımla hərəkət edən "Qazel" markalı mikroavtobus idarəetməni itirərək dərəyə düşüb. Xilasedicilər 5 nəfər sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:40-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31