Astara bazarında yanğını söndürmək mümkün olmur YENİLƏNİB

Yanğının söndürüləməsinə çoxlu sayda yanğınsöndürən və canlı qüvvə cəlb olunub

Bazarda yanğının söndürülməsi hələ də mümkün olmayıb. Masallı rayonundan da əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Lakin alov getdikcə şiddətlənib.

**
Astara bazarındakı yanğın hələ də söndürülməyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda yanğının söndürləməsi üçün 5 yanğınsöndürən cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb. Sonradan əlavə yanğınsöndürən də hadisə yeirnə cəlb olunub. Hazırda hadisə yerində 10-a yaxın yanğınsöndürən cəlb olunub. Lakin hələ də yanğının qarşısını almaq mümkün olmayıb. Bazar rəhbərliyi bildirik ki, bazarın ümumi sahəsi 5 min km.dir. Yanğın min kv.-ə yaxın ərazini əhatə edir.
Sahibkarlar bildirilər ki, onlara külli miqdarda ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31