Məhkumun alt paltarından marixuana aşkar edilib
17 Fevral 2014 15:51 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1992-ci il təvəllüdlü, AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Tuncay Vidadi oğlunun üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun alt paltarında gizlədimiş sellofan bükülüdə çətənə bitkisindən kustar üsulla hazırlanmış xalis çəkisi 6,30 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşakar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31