Bir gündə 7 nəfər zəhərləndi, 1 nəfər öldü
17 Fevral 2014 15:47 KriminalAzərbaycanda bir gündə 7 nəfər zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 16-da Xətai rayon sakini Fidan Məmmədova və Bakı şəhər sakini, azyaşlı Esmiralda Məmmədli dərmandan, Abşeron rayonu Novxanı kənd sakini Nisə Əliyeva, Samux rayon sakini Almaz Əliyeva, Gəncə şəhər sakini Nurdan Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Həmin gün Gəncə şəhərində kirayədə yaşayan Aqil Bayramovun qonağı Samir Cəfərov dərmandan zəhərlənərək ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31