Bakıda qanunsuz silah-sursat daşıyan maşın aşkarlandı

Azərbaycanda daha bir avtomobildən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavadxan küçəsində Maştağa qəsəbə sakini Ağaseyid Tarverdiyevin idarə etdiyi "JEEP" markalı avtomobilə baxış zamanı "Etro" markalı ov tüfəngi, "Makarov" markalı tapança, 18 ədəd patron və 1 patron darağı götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31