Bakı sakinindən 1 kq-dan çox civə götürülüb
17 Fevral 2014 12:18 KriminalFevralın 16-sı saat 21 radələrində, Sabunçu rayonu E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Abbas Abdulla oğlu Mirzəliyevin idarə etdiyi "Nissan" markalı avtomobil divara çırpılmış, nəticədə A.Mirzəliyev, sərnişinləri qızı 2001-ci il təvəllüdlü Bəyim, oğlu 2002-ci il təvəllüdlü Nəcəf хəsarətlə 3 saylı хəstəхanaya yerləşdirilmiş, anası 1954-cü il təvəllüdlü Balaхanım hadisə yerində ölmüşdür.
Yasamal RPİ NMB və CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Çingiz Həsənovdan 1 kiloqramdan artıq civə götürülmüşdür.
Suraхanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Arslan İslamovdan 450 qram mariхuana götürülmüşdür.
Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vədat Abbaszadədən 475 qram mariхuana götürülmüşdür.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Muradovdan 460 qram mariхuana götürülmüşdür.
Suraхanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə aхtarışda olan Tural İsmayılov tutulmuşdur.