Kürəkən qaynanasını bıçaqladı TƏFƏRRÜAT

Qadın hazırda ağır halda xəstəxanada müalicə alır

Bu gecə saat 02:00-da Sumqayıt şəhərində kürəkən qaynananı 3 yerdən bıçaqlayıb. Sumqayıt şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sülh küçəsi 29 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Razim Mehman oğlu Həsənov qaynanası 1961-ci il təvəllüdlü Zərnigar Qədimmolla qızı Lətifovanı bıçaqlayıb. Qadın sinə, qarın və qol nahiyyəsində yara alıb. Döş və qarın nahiyyəsində vurulan zərbələr çox dərin olub. Qadın hazırda ağır halda xəstəxanada müalicə alır.

Hadisənin baş vermə səbəbinə gəlincə, Razim Həsənov həyat yoldaşı 1990-cı il təvəəllüdlü Zeynəb Əlisultan qızı Həsənov ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində məsələyə qaynana qarışıb. Münasibətlər gərginləşib və kürəkən qaynanasını bıçaqlayıb. Kişi qaynanasını söyüş söydüyü üçün vurduğunu deyib.

Qeyd edək ki, Razim Həsənov ilə həyat yoldaşı Zeynəb Həsənov boşanmaq ərəfəsindədirlər. Onlar məhkəməyə boşanma barədə müraciət ediblər. Hazırda müraciətin cavabını gözləyən cütlük arasında daim dava olurmuş.
Hadisəni törədən R.Həsənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31