Düzbağırsağında narkotik keçirmək cəhdinin qarşısı alınıb
17 Fevral 2014 11:33 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Nazim Məmmədovun üzərində şəxsi yoxlama keçirilib. Yoxlama zamanı onun daxili orqanından (düzbağırsağından) 1 ədəd bağlamada, xalis çəkisi 12,77 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 3,52 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31