Saxta rəsmi sənədlər hazırlayan şəxs tutulub
24 İyul 2012 15:41 KriminalQanunsuz olaraq rəsmi dövlət sənədləri hazırlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 327-ci maddəsi (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) ilə axtarışda olan Kamil Omarov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31