DİN Bakıda partlayan bina barədə məlumat yaydı, 5 yaralı
14 Fevral 2014 14:08 KriminalDaxili İşlər Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi rayonu S.S.Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınmış, Azad Möhbalıyevə məxsus "Mercedes" markalı avtomobilə qismən ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31