Məcburi köçkün qadın insan alverilə məşğul imiş
14 Fevral 2014 13:45 KriminalBakıda daha bir insan alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəbrayıl rayon sakini Fəxriyyə Qədimalıyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31