Bakı sakini silahla yaxalandı

Bakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yasyıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və 1 patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31