Gürcüstan vətəndaşı Azərbaycanda külli miqdarda partlayıcı maddə ilə yaxalandı

Şəmkirdə vətəndaş partlayıcı maddələr daşıyarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 13-də Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki Daimi Postunda Gürcüstan vətəndaşı Samir Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.  Avtomobilin yük yerinə baxış zamanı 347000 patron alışdırıcısı və 30 kiloqram barıt aşkar edilərək götürülüb.
S.Məhərrəmov Şəmkir RPŞ-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31