Bakıda daha bir sərnişin avtobusu dəhşətli qəza törətdi
Ağır yol qəzası zamanı bir qadın hadisə yerində ölüb
14 Fevral 2014 11:27 KriminalBakının Səbail rayonu ərazisində sərnişin avtobusu ölümlə nəticələnən qəza törədib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, 20-ci sahədə, Nemətzadə küçəsi 25-in qarşında 120 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyadanı vurub. Vurulan piyada hadisə yerində dünyasını dəyişib. Arşadırmalar zamanı avtobusun 1990-cı il təvəllüdlü Fərid Əhmədiyyə oğlu Qarayev idarə etdiyi etdiyi məlum olub. Hadisə nəticəsində ölən şəxs isə 1969-cu il təvəllüdlü Stolyarov Alik Viktoroviç olub. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31