Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza: yaralı var

Qəza Yeni Günəşli yaşayış massivində iki minik maşını və sərnişin avtobusunun toqquşması ilə baş verib

 Bakının Suraxanı rayonunda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, qəza Yeni Günəşli yaşayış massivində iki minik maşını və sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

Qəza zamanı avtobusda sərnişin olduğu və onlardan xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Föqəladə Hallar Nazirliyi müvafiq xilasetmə qüvvələrinin xilasediciləri cəlb olunub.

Suraxanı rayonu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatfırılıb.

Qeyd edək ki, qəza nəticəsində Yeni Günəşli ərazisində dəhşətli tıxac yaranıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31