Bakıda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlərin olduğu bildirilir

Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib. Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hadisə saat 16:20-də baş verib. Hadisə yerinə Stansiyanın həkim briqadaları cəlb olunub. Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb. BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31