Həbsdəki xalası oğluna dərman keçirmək istəyi baş tutmadı
13 Fevral 2014 16:42 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, AR CM-nin 180.2.4; 180.2.5; 317.2.1; 67-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mehran Mehman oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası qızı İradə Məcid qızı Məcidovanın gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Ketçap" qabında olan tomat sousunun içərisinə xüsusi qablaşdırılmış vəziyyətdə sellofana bükülü 60 ədəd narıncı rəngdə dərman həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31