Ucar şəhərində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli yaşayış binasında yaşayan vətəndaşa məxsus mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 69 kv.m olan 3 otaqlı mənzilin döşəməsi 1 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31