Tərtər rayonu, Hacıqərvənd kəndində vətəndaşa məxsus kafedə yanğın baş verib. Gövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 160 kv.m olan taxta konstruksiyalardan ibarət kafenin yanar konstruksiyaları 128 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31