Yardımlıda maşın dərəyə düşüb

3 nəfər ölüb, 1-i yaralanıb

Yardımlı rayonunda avtomobilin dərəyə uçması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. "Olaylar"-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonu, Gügəvar kəndində "VAZ" markalı minik avtomobili dərəyə yuvarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Hüseynov, 1966-cı il təvəllüdlü İlqar Xaməməd oğlu Hümbətov və 1968-ci il təvəllüdlü Gülşad Qabil oğlu Əliyev hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada götürülüb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31