Azərbaycanda zabit zabiti güllələdi

Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib. Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.   Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31