Tərlan Nəsirov dəlixanalıq oldu
24 İyul 2012 14:05 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəxsarəti yetirməkdə ittiham olunan Lerik rayon sakini Tərlan Nəsirovun məhkəməsi başa çatıb. Məhkəmə Tərlan Nəsirov barəsində tibbi xarakterli məcburi tədbir, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilməsi barədə qərar qəbul edib. Məhkəmənin gəldiyi qənaətə görə, cinayət işi üzrə ittiham olunan Tərlan Nəsirov hadisəni törədərkən anlaqsız olub. Qeyd edək ki, T.Nəsirov 2011-ci ildə saat 01:40 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində həmyerliləri Nadir Səfərovu qətlə yetirib, Vaqif Rüstəmovun isə kürək nahiyəsindən xəsarət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31