"Azadlıq prospekti" metrostansiyasının yanında dəhşətli partlayış baş verdi
13 Fevral 2014 10:50 KriminalPartlayış qaz sızmasından partlayış baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, kafenin və tikilinin qarşısındakı maşınlara ciddi ziyan dəyib. Hazırda hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Xəsarət alanların olduğu bildirilir.
Bir qadının ciddi xəsarət aldığı və təcili-tibbi yardım maşınına qaldırılaraq, xəstəxanaya göndərildiyi müşahidə edilib.
***
10:35
"Qafqazinfo"ya daxil olan məlumata görə, partlayış o qədər güclü olub ki, 7 və 8-ci mikraroyonlarda da yerləşən binalar da sirkələnib.
Partlayış Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31