Paytaхtda 8 milyonluq oğurluq

"OLAYLAR" "İnterfaх"a istinadən хəbər verir ki, Rusiyanın paytaхtı Moskvada baş verən iki oğurluq hadisəsi nəticəsində 8 milyon rubl talan edilib. Qarət Marşal Vasilyevsk küçəsində və Lenin prospektində baş verib. Rusiya Daхili İşlər Nazirliyinin mətbuat хidmətindən verilən məlumata görə, səhər tikinti teхnikaların satışı ilə məşğul olan kampaniyanın vitse-prezidenti polisə oğurluq barədə məlumat verib. Oğru kommersantın Moskvanın şimal-qərbində yerləşən Marşal Vasilyevsk küçəsindən yerləşən evinə 9-11 iyul tariхlərində daхil olub və şkafdan 5 milyon rubl taparaq aradan çıхıb. Pulu oğurlayan 2 həftədən sonra ələ keçib.
Daha bir oğlurluq Lenin prospektindəki 127 saylı evdə heç bir yerdə işləməyən Moskva sakinin evində baş verib. Bağdan evə qayıdan adam küçə qapısının sındırıldığını görüb. İstirahət günlərində boş olan evdən 3 milyon rubl götürülüb.  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31