Həbsxananaın gizlin saxlanc yerindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1; 177.3.2; 181.3.1; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Kənan Pərviz oğlu Müqəddəminin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31