Qadın İran sərhədindən 146,30 qram həşiş keçirmək istədi

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Əzizə Məmmədova gömrük nəzarətindən keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən mnəlumata görə, şəxsi yoxlama zamanı onun üzərində 1 ədəd bükümdə, xalis çəkisi 146,30 qram olan narkotik vasitə - həşiş aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31