Bakıda daha iki qadın alverçisi saxlanıldı

Bakıda bir gündə iki qadın alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə., İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Sevinc Hüseynova saxlanılıb.

Həmin gün Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Kəmalə Əziz qızı saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31