“Kapital Bank”ın inkassator maşınının qəzaya uğraması barədə rəsmi açıqlama
Daxili İşlər Nazirliyi baş verən ağır yol qəzası barədə məlumat yayıb
12 Fevral 2014 13:43 KriminalBakının Qaradağ rayonu ərazisində "Kapital Bank"a məxsus inkassator maşınının qəzaya uğraması barədə rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səngəçal qəsəbəsinin ərazisində "Kapital" bankda sürücü işləyən Emin Ağarzayev idarə etdiyi banka məxsus "Volkswagen" markalı avtomobili aşırıb. Qəza nəticəsində E.Ağayevin sərnişinlərindən "Kapital Bank"da xəzinədar işləyən Cavad Bədəlov hadisə yerində ölü. Sürücü və inkasator işləyən digər sərnişini Səftər Nəcəfov xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, fevralın 10-da, səhər saatlarında Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində "Kapitalbank"a məxsus inkassator maşını maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan digər şəxslər, böyük inkasator və sürücü ağır yaralanıb.
Hadisə barədə məlumat daxil olan ki, həmin əraziyə digər inkassator maşını gəlib. Qəzaya uğrayan avtomobildəki pulların hamısı götürülüb.
Qəzaya uğrayan inkassator maşını Biləsuvar rayonundakı bank filialına gedirmiş. ans