Gəncə Auditor Təşkilatının direktoru barədə cinayət işi açılıb

Gəncə şəhərində auditor barədə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31