“Sovetski”də kompensasiyaya nəzarət edən şəxs infarkt oldu

Qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Ötən gün Bakının Yasamal rayonu ərazisində "Sovetski" kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən icra hakiminin müavini Səməd İslamovun vəziyyəti ötən gün pisləşib.  Yasamal rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  Hazırda xəstəxananın kordiologiya şöbəsində müalicə alan Səməd İslamovun vəziyyəti stabildir. Şöbədən verilən əmlumata görə, hazırda xəstə həkim nəzarəti altındadır. Həkimlər ona həyəcanlanmağı məsləhət bilmirlər.  İcra Hakimiyyətindən  hələlik Səməd İslamovun vəzifəsinin kim tərəfindən icra olunması barədə məlumat olmadığı bildirilib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31