Azərbaycanda 100 yaşlı kişiyə gəlinindən zərbə
Bərdə rayonunda qaynatası ilə yaşayan 52 yaşlı qadın özünü öldürüb
11 Fevral 2014 15:04 KriminalBərdə rayonunda 52 yaşlı qadın özünü öldürüb. Cumalar kəndində yaşayan 1962-ci il təvəllüdlü Şükufə Muradova özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun asılmış meyidini qonşuları tapıb. Qeyd edək ki, Şükufə Muradova hazırda qaynatası və həyat yoldaşı ilə yaşayır. Oğlu Bakıda təhsil alır və kirayədə qalırmış. Həyat yoldaşı bir müddət əvvəl Bakıya müalicəyə gedib. Hazırda Şükufə Muradova 100 yaşlı qaynatası ilə birlikdə qalırmış. Yaşlı kişinin də xəstə olduğu bildirilir.
Hazırda 52 yaşlı qadının hansı səbəbdən intihar etdiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31