Bakıda daş karxanasında faciə, sürücü “KAMAZ”ın altda qalıb öldü

Bakıda sürücü "KAMAZ"ın altında qalıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Olaylar"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 9-da Qaradağ rayonu Qızıldaş qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Daşkəsən rayon sakini Arif Məmmədov "KamAZ" markalı avtomobilini təmir edərkən onun altında qalaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31