Bakıda 4 nəfər bıçaqlandı

Bakıda 4 nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Toğrul Əhmədova, Şükür Əbülfəzliyə, Rahib Tanrıverdiyevə və Elxan Əliyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Turan Mahmudov saxlanılıb və Yasamal RPİ-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31