Həyat yoldaşına gilanar mürəbbəsində tiryək ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Anar Teymur oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü, Balakən rayon sakini Hüseynova Məftunə Əsildar qızının gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı 2 litrlik "coca-cola" qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31