Qumar oyunları təşkil edən 1 il 6 ay müddətinə həbs olunub

Mübariz Süleymanov rus lotosu təşkil edirmiş

Bakıda kafelərdən birində qumar oyunları təşkil etməkdə ittiham olunan Mübariz Süleymanovun məhkəməsi başa çatıb.  Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə Məhkəmənin hökmü ilə Mübariz Süleymanov 1 il 6 ay müddətimə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 244-1.1-ci (qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. İttihama görə, Binəqədi rayonu, Müşviqabad qəsəbəsi Mərkəzi küçəsi yeni massivdə yerləşən kafedə Mübariz Süleymanovun Rus lotosu qumar oyunu təşkil etməsi müəyyən edilib. Mübariz Süleymanov məsuliyyətə cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31