Cəlilabadda 24 yaşlı qız özünü ov tüfəngi ilə vurub
10 Fevral 2014 16:10 KriminalAzərbaycanın Cəlilabad rayonunda intihara cəhd faktı qeydə alınıb. Hadisə fevralın 10-da günorta saatlarında rayonun Əliqasımlı kəndində baş verib. Kənd sakini, 24 yaşlı Xədicə Quliyeva ov tüfəngindən qarın nahiyəsinə atəş açmaqla intihara cəhd edib. Hadisə barədə xəbər tutan ailə üzvləri yaralını dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Ona müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.İlkin versiya kimi hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31